XİN Ararat Mirzoyanın iddialarını təkzib etdibackend

XİN Ararat Mirzoyanın iddialarını təkzib etdi

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın yaxın gələcəkdə görüşmələrinə dair hələ ki, məlumat yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, görüşlə bağlı məlumat hələ ki, təsdiqlənməyib.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 8-də bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüş planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*