Xırdalanda avtomobillə vurulan piyada xəstəxanada öldübackend

Xırdalanda avtomobillə vurulan piyada xəstəxanada öldü

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*