Xocalıda yük maşını aşdı – Ölənlər varbackend

Xocalıda yük maşını aşdı - Ölənlər var

Mayın 7-si saat 10 radələrində Xocalı Rayon Polis Şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov KONKRET.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Şuşa şəhər sakini 1959-cu il təvəllüdlü Hüseynəli Süleymanov idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb.

Hadisə nəticəsində sürücü H. Süleymanov və sərnişin, İmişli rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Nuriyev hadisə yerində ölmüş, digər sərnişin, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*