“Yalnız Azərbaycan istəsə, növbəti müharibə başlaya bilər” –  İLGİNC AÇIQLAMAbackend

“Yalnız Azərbaycan istəsə, növbəti müharibə başlaya bilər” - İLGİNC AÇIQLAMA

44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan aldığı zərbədən özünə gələ bilməsə də, mənfur əməllərindən geri qalmır. Müharibədən dərhal sonra Azərbaycan tərəfi sülh təşəbbüsünü irəli sürdü. Ermənistanın siyasi rəhbərliyi sözdə sülhün tərəfdarı olsa da əməldə adekvat addımlar atmır. Sülh müqaviləsinin imzalanmasına mane olmaq üçün çeşidli bəhanələr irəli sürməklə yanaşı öz təxribatlarından da qalmırlar. Bu yaxınlarda isə Qarabağda qondarma rejimin rəhbəri Araik Arutyunyan Azərbaycanla növbəti müharibəyə hazırlaşdıqlarını bildirib.

Bəs görəsən, Ermənistanla Azərbaycan arasında üçüncü dəfə müharibə ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın sualını politoloq Qabil Hüseynli cavablandırıb. O bildirib ki, Araik Arutyunyan boş-boş və heç bir əsası olmayan fikirlər səsləndirir: “Qondarma rejim Azərbaycanla  hansı müharibəyə başlaya bilər ki? Üçüncü Qarabağ Müharibəsini yalnız Azərbaycan istəsə başlayar.  Azərbaycan Ermənistanla indi sülh danışıqları aparır. Sərhədlərin delimitasiya və demarkasiya işləri müzakirə edilir. Sülh müqaviləsinin beş baza prinsipini Ermənistan tərəfi qəbul edib. İşçi qrupu səviyyəsində bölgədə sülhün təmin edilməsi üçün görüşlər keçirilir. Lakin son günlər Ermənistanda Paşinyan hakimiyyətinə qarşı narazılıqlar var. Müxalifət Paşinyanı devirməyə çalışır. Etiraz aksiyaları və iğtişaşlar müşahidə olunur. Əgər Qarabağ klanı Paşinyanı devirib hakimiyyətə gəlsə Azərbaycanla Ermənistan arasında müharibə ola bilər”.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli - Azinforum.az İnformasiya Portalı

Politoloq əlavə edib ki, əks halda növbəti müharibənin başlanması ehtimalı yoxdur: “Müxalifət Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirir. Lakin bu etirazların ciddi mərhələyə keçəcəyini düşünmürəm. Paşinyan belə tez təslim olmayacaq. Belə bir məqamda Azərbaycanla yeni müharibənin olma ehtimalı çox aşağıdır”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*