Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.
Elm və Təhsil Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, qurumun aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər.
Qeyd edilib ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.
