Yanaraq ölən erməni hərbçilərin valideynləri yolu bağladıbackend

Yanaraq ölən erməni hərbçilərin valideynləri yolu bağladı

Ermənistanda hərbi hissədə yanaraq ölən 15 hərbçinin valideynləri İrəvan-Sevan yolunu bağlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə valideynlərin vəkili Norayr Norikyan Feysbuk səhifəsində yazıb.

O bildirib ki, valideynlər baş nazir Nikol Paşinyan və müdafiə naziri Suren Papikyanla görüş tələb edirlər.

“Onlar gəlib valideynlərin suallarını cavablandırmalı, oğullarının ölümü ilə bağlı izahat verməlidirlər. Yaxud da valideynləri qəbul edəcəkləri konkret gün və saatı qeyd etməli və sualları cavablandırmalıdırlar”, – deyə vəkil yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*