Yanğın görüntüləri fonunda şəkil çəkdirən rus bloger türk xalqından ÜZR İSTƏDİ – FOTOLARbackend

Yanğın görüntüləri fonunda şəkil çəkdirən rus bloger türk xalqından ÜZR İSTƏDİ - FOTOLAR

Rusiyalı bloger İrina Vaymerin sosial şəbəkə hesabındakı paylaşımı tənqidlərə tuş gəlib.

KONKRET.az xəbər verir ki, o, Türkiyədə istirahət etdiyi məkanda yanğın görüntülərinin fonunda şəkil çəkdirərək izləyiciləri ilə bölüşüb.

İrina fotolara “Yanan putyovka ilə 22 yaşımı qeyd edirəm. Ad günüm mübarək” şərhini yazaraq qardaş ölkədə baş verən yanğınları məsxərəyə qoyub.

Onun bu paylaşımı sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub.

Çoxsaylı şikayətlərdən sonra Vaymer yazdığı statusu silib və türk xalqından üzr istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*