Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Tokio 21 Rusiya təşkilatına ixrac qadağası tətbiq etmək qərarına gəlib.
KONKRET.az “İnterfax“a istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, A.İ.Əlixanov adına Milli Elmi-Tədqiqat Mərkəzinin Nəzəri və Eksperimental Fizika İnstitutu, “Etalon” NPO, “Moselektronproekt” ASC, “Energia” ASC və digərlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edilib.
Bundan əlavə, Yaponiya Rusiya Federasiyasına kimyəvi silahlarla bağlı mal və materialların ixracına da embarqo qoyub.
Bildirilib ki, sanksiyalar oktyabrın 3-dən qüvvəyə minir.
Qeyd edək ki, Yaponiya ötən həftə sanksiyaları genişləndirdiyini açıqlayıb. Tokio bunu “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum keçirməklə izah edib.
İqbal Rzayev,
KONKRET.az
