Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edildibackend

Yaponiyada qasırğa səbəbilə 70 mindən çox insan təxliyə edildi

Yaponiyanın paytaxtı Tokio istiqamətinə yaxınlaşan “Meari” qasırğası səbəbindən Şizuoka sahil prefekturasında 72 mindən çox insan təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Yaponiya hökumətinin qiymətləndirməsinə görə, bu, mümkün beş təhlükə səviyyəsindən dördüncüsüdür. Bu səbəbdən səlahiyyətli şəxslər sakinlərin təxliyəsinə dair göstəriş verib.

Bildirilib ki, qasırğa səbəbindən 200-dən çox reys, eləcə də bir sıra prefekturalar arasında bərələrin hərəkəti ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*