Yaponiyanın İsikava prefekturasında mayın 5-də baş vermiş zəlzələdə xəsarət alanların sayı 27 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Qeyd olunub ki, həlak olanların hamısı bir neçə yaşayış binasının dağıldığı Sudzu kəndinin sakinləridir. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu günə qədər bir nəfərin öldüyü məlumdur. Belə ki, zəlzələ zamanı bir kişi pilləkənlərdən yıxılıb.
Xatırladaq ki, ötən gün Yaponiyada 6,5 maqnitudalı zəlzələ olub. Zəlzələnin episentri 12 km dərinlikdə olub.
