Yaqub Zurufçunun son durumu ilə bağlı AÇIQLAMA – YENİLƏNİBbackend

Yaqub Zurufçunun son durumu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Koronavirusa yoluxduğuna görə “Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov report-a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır”, – şöbə müdiri bildirib.

***

11:40
Koronavirusa yoluxduğuna görə “Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

KONKRET.az-ın məlumatına görə, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu “report”a bildirib ki, sənətçinin vəziyyəti ağır olaraq qalır.

“Səhər həkimi ilə danışdım. Bildirdi ki, heç bir dəyişiklik yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi davam etdirilir”, – A.Zurufçu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*