Yasamalda evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldıbackend

Yasamalda evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanıldı

Yasamal rayonunda mənzildən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*