“Yaşayan Nostradamus”dan yeni qorxunc iddia: Növbəti münaqişə burada başlayacaqbackend

"Yaşayan Nostradamus"dan yeni qorxunc iddia: Növbəti münaqişə burada başlayacaq

Özünü “Yaşayan Nostradamus” adlandıran braziliyalı parapsixoloq Atos Salome Arktikanın yaxın illərdə dünyanın ən təhlükəli geosiyasi qarşıdurma bölgəsinə çevrilə biləcəyini iddia edib.

KONKRET.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

39 yaşlı Salome bildirib ki, Arktika buzlaqlarının əriməsi, yeni dəniz marşrutlarının açılması və zəngin təbii ehtiyatlara çıxış uğrunda rəqabət bölgədə gərginliyi artırır.

Onun sözlərinə görə, Rusiya ilə NATO-nun Arktikada hərbi mövcudluğunu gücləndirməsi gələcəkdə birbaşa qarşıdurma riskini yüksəldir.

Salome daha əvvəl COVID-19 pandemiyasını, Böyük Britaniya Kraliçası II Yelizavetanın ölümünü və digər mühüm hadisələri əvvəlcədən proqnozlaşdırdığını iddia etmişdi. O, həmçinin 2026-cı ildə İran-İsrail qarşıdurmasının kəskinləşəcəyini və İspaniyanın futbol üzrə dünya çempionu olacağını əvvəlcədən söylədiyini iddia edir.

Bundan əlavə, braziliyalı parapsixoloq Tayvan ətrafında gərginliyin davam edəcəyini, kritik infrastruktura qarşı kiberhücumların artacağını, yeni yoluxucu xəstəliklərin yayılması riskinin yüksələcəyini və iqlim dəyişikliyinin təsirlərinin daha da ağırlaşacağını da proqnozlaşdırıb.

Bununla belə, Salome özü də vurğulayıb ki, səsləndirdiyi fikirlər elmi proqnoz deyil. Onun sözlərinə görə, bu qənaətlər simvolların şərhi, tarixi dövrlərin təhlili və Kabbala üzərində apardığı araşdırl

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*