Qismən səfərbərlik elan edildikdən sonra 20-dən çox Rusiya vətəndaşı yaxtalarla Cənubi Koreya limanlarına gəlib. Onların əksəriyyəti ölkəyə buraxılmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “KBS” (Korean Broadcasting System) telekanalı məlumat yayıb.
Bildirilib ki, yaxtalar Sokço, Busan və Pohanq limanlarına gəlib.
İmmiqrasiya məmurunun sözlərinə görə, yaxtalarla gələn sərnişinlərin əksəriyyəti 20-30 yaş arası kişilərdir və onlardan yalnız ikisi ölkəyə giriş icazəsi ala bilib.
Cənubi Koreya Ədliyyə Nazirliyindən bildirilib ki, ruslar yalnız elektron səyahət icazə sistemi K-ETA vasitəsilə dəvət aldıqları halda ölkəyə vizasız daxil ola bilərlər.
Qeyd edək ki, qismən səfərbərlik elan edildikdən sonra Rusiyanın Gürcüstan, Qazaxıstan və digər ölkələrlə quru sərhədlərində ölkəni tərk etmək istəyənlərin növbələri yaranıb.
İqbal Rzayev,
KONKRET.az
