Yeddi ilin sözü, yeddi ilin izi – KONKRET.az, doğum günün mübarək!backend

Yeddi ilin sözü, yeddi ilin izi – KONKRET.az, doğum günün mübarək!

Zaman sürətlə keçir. Dünən media məkanına yeni bir nəfəs kimi daxil olan KONKRET.az bu gün artıq yeddi illik yolun hesabatını verir. Bu yolun hər günü xəbərlə, informasiya ilə, cəmiyyətin nəbzini tutmaq cəhdi ilə, ən əsası isə oxucu etimadını qazanmaq uğrunda mübarizə ilə keçib.

Yeddi il bir media qurumu üçün sadəcə rəqəm deyil. Bu, bizim həyatımızın xəbər, reportaj, müsahibə, araşdırma və ən əsası, milyonlarla oxucu ilə qurulan etibar körpüsüdür. İnformasiya bolluğunun hökm sürdüyü bir dövrdə oxucunun diqqətini qazanmaq mümkündür, amma onun etimadını qoruyub saxlamaq böyük peşəkarlıq və məsuliyyət tələb edir. Saytımız ötən yeddi ildə məhz bu məsuliyyəti daşımağa çalışıb.

Müasir dövrdə media yalnız hadisələri çatdıran vasitə deyil. Media cəmiyyətin güzgüsü, ictimai fikrin tribunası, həqiqətin axtarışında olan milyonlarla insanın bələdçisidir. Bu mənada KONKRET.az təkcə xəbər portalı kimi deyil, həm də ölkədə və dünyada baş verən hadisələrə münasibətin formalaşmasına töhfə verən informasiya məkanı kimi fəaliyyət göstərib.

Bu yeddi ilin uğur hekayəsinin arxasında gecəsini gündüzünə həmkarımızı, bizə dəstək verək dostlarımızın və ən əsası dövlətimizin, eləcə də görünməyən zəhmət sahiblərinin əməyi dayanır. Bizim əməkdaşlar sözün əsl mənasında fədakardır. Məhz buna görədir ki, biz yeni layihələr üzərində işləyir, daha məhsuldar olmaq üçün mövcud imkanları dəyərləndirməyi bacarır.

Bu gün özünün yeddi yaşını qeyd edən xəbər portalının təsisçilərini, rəhbərliyini, yaradıcı heyətini və bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara yeni uğurlar arzulayıram.

Qoy qarşıdakı illər KONKRET.az üçün daha böyük auditoriya, daha böyük nailiyyətlər və Azərbaycan mediasında daha möhkəm mövqe ilə yadda qalsın.

Yeddi il əvvəl yandırılan informasiya çırağı bu gün daha gur işıq saçsın. İnanırıq ki, bu işıq uzun illər boyu oxucuların yoluna nur salmağa davam edəcək.

Doğum günün mübarək, KONKRET.az! Yeddi yaşımız uğurlu, gələcəyimiz daha parlaq olsun!

  • Eldar Şahgəldiyev
    İyul 2, 2026 - 09:22

    Hörmətli rdaktor! Sizin daimi oxicunuz kimi saytınızın yubileyini səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, bundan sonra da uzun illər boyu oxucuların rəğbətini qazanmaqada davam edəcəksiniz. Sizlərə gələcək işlərinizdə uğurlar arzusiyla.

    Hörmətlə, Eldar Şahgəldiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*