“Yeni An-225 “Mriya” təyyarəsinin tikintisi üzrə işlər hələ dizayn səviyyəsindədir”.
KONKRET.az “Bild“ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Antonov Dövlət Müəssisəsi məlumat yayıb.
Bildirilib ki, hazırda bu istiqamətdə layihələndirmə işlərinə başlanılıb.
Ekspertlərin məlumatına görə, hazırda ikinci nümunə üçün istifadə edilə bilən komponentlərin təxminən 30% -i var. Təyyarənin tikintisinin dəyəri ən azı 500 milyon avro qiymətləndirilir.
Bundan əvvəl Ukrayna KİV-i Antonovun baş direktoru Yevgeni Qavrilova istinadən bildirib ki, hava gəmisinin tikintisi üzrə işlər gizli aparılır.
Qeyd edək ki, Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində Ukrayna istehsalı olan ən böyük AN-225 “Mriya” təyyarəsi yandırılıb.

İqbal Rzayev,
KONKRET.az
