“Müasir dövrün qlobal çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yaranıb”.
KONKRET.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin hazırladığı təkilflər paketində bu barədə bəhs edilib.
Həmin sənəddə deyilir ki, bu bilik sahələrinin və ixtisasların əksəriyyəti riyaziyyatın, informatikanın geniş tətbiqi ilə xarakterizə olunurlar:
“Xaricdə təhsil üzrə dövlət proqramında bu yeni ixtisaslara xüsusi diqqət verilməlidir.
AMEA və Təhsil naziri bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər.
AMEA-da lazımi potensialın (maddi, kadr və s.) mövcud olduğunu nəzərə alaraq, ali təhsil müəssisəsinin təşkili məqsədəuyğun olardı”.
Sevinc Paşayev,
KONKRET.az
