“Yeni nazir Putinin kuklasıdır” – Böyük Britaniyanın müdafiə naziribackend

“Yeni nazir Putinin kuklasıdır” - Böyük Britaniyanın müdafiə naziri

“Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun yerinə təyin edilən Andrey Belousov Vladimir Putinin növbəti oyuncağıdır”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bu açıqlamanı sosial media şəbəkəsində yazıb.

“Rusiyaya bu fəlakətli irsi düzəltmək və işğala son qoymaq üçün müdafiə naziri lazımdır, lakin yeni təyinat bu məqsədə yönəlməyib. O, Putinin başqa bir kuklasıdır”, – deyə Şapps bildirib.

Onun sözlərinə görə, Şoyqu Ukraynaya qarşı müharibədə 355 mindən çox rus əsgərinin itkisinin və Rusiya Federasiyasının qeyri-qanuni təcavüzü nəticəsində dinc əhalinin kütləvi əzab çəkdiyinin şahidi olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*