Yeni pandemiyaya səbəb olacaq virus QRİPDİR – Alimlərdən ŞOK NƏTİCƏbackend

Yeni pandemiyaya səbəb olacaq virus QRİPDİR - Alimlərdən ŞOK NƏTİCƏ

Alimlər növbəti pandemiyaya hansı virusun səbəb olacağını açıqlayıblar.

KONKRET.az xəbər verir ki, beynəlxalq araşdırmada sorğuya qatılan alimlərin 57%-i yeni pandemiyanın ən çox ehtimal olunan səbəbinin qrip virusu olacağına inanır. Digər 21% isə “X xəstəliyi” səbəbindən yeni bir epidemiyanın baş verəcəyi qənaətindədir.

Sorğuda ümumilikdə 187 mütəxəssis iştirak edib. Nəticələr gələn həftəsonu Barselonada Avropa Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Cəmiyyətinin (ESCMID) konqresində təqdim olunacaq.

Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsianın sözlərinə görə, qripin dünyanın ən böyük pandemiya təhlükəsi olması onun daim mutasiyaya uğradığını göstərən uzunmüddətli araşdırmalara əsaslanır.

“Qrip hər qış görünür. Bu epidemiyaları kiçik pandemiyalar adlandırmaq olar. Lakin bu, həmişəlik belə olmayacaq”, – Con Salmanton-Qarsia bildirib.

Tədqiqat iştirakçılarının 21%-nin fikrincə, pandemiyanın digər ən çox ehtimal olunan səbəbi “X xəstəliyi” olacaq. Onlar inanırlar ki, növbəti epidemiya, COVID-19 pandemiyasına səbəb olan Sars-CoV-2 virusunda olduğu kimi, birdən-birə yaranacaq və hələ müəyyən edilməmiş mikroorqanizmlə bağlı olacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*