Yeni SSRİ Azərbaycansız yarana bilər.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin istefada olan polkovniki, rusiyalı biznesmen, siyasətçi, müxalifət lideri Gennadi Qudkov Dmitri Qordona bugünkü müsahibəsində danışıb. O bildirib ki, 2007-ci ildə G7 ölkələrinin liderləri ilə qeyri-rəsmi görüşdə Rusiya Prezidenti Vladimir Putin SSRİ-ni yenidən bərpa etmək planını dilə gətirib.
“2007-ci ildə G7 ölkələrinin liderləri ilə qeyri-rəsmi görüşdə Vladimir Putin əvvəlcə 4 ölkə – Rusiya, Ukrayna, Qazaxıstan və Belarusun birliyi vasitəsilə SSRİ –0.2-nin yenidən yaradılması, sonra isə 3 ölkə – Moldova, Gürcüstan və Ermənistanın birləşdirilməsi ideyasını səsləndirib.
Ermənistanın onsuz da getməyə başqa yeri və perspektivi yoxdur.
O, postsovet ölkələrinin NATO və Aİ-yə üzv olmasından ehtiyat etdiyinə görə, bu ideyasını bildirib. Orada əyləşənlərin reaksiyasından başa düşüb ki, heç kim bu fikrə etiraz etmir”, – Qudkov deyib.
Maraqlıdır ki, Azərbaycan ilkin olaraq bu siyahıya daxil edilməyib.
Xuraman Etibarlı,
KONKRET.az
