YENİLİK: Bu sahədə də ƏDV geri qaytarıla bilərbackend

YENİLİK: Bu sahədə də ƏDV geri qaytarıla bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məişət texnikası satışı ilə məşğul olan vergi ödəyiciləri ilə onlayn formatda görüş keçirib.

KONKRET.az sözügedən quruma istinadən xəbər verir ki, görüşdə bu sahədə mövcud vəziyyət, qanunvericiliklə əlaqədar məsələlər, nağdsız alış-veriş zamanı vergi ödəyicilərininin və alıcıların qarşılaşdıqları məqamlar, ƏDV-nin geri qaytarılması ilə bağlı təkliflər səsləndirilib.

Məişət texnikası satışı üzrə vergi öhdəlikləri ətrafında müzakirələr aparılıb.

Görüşdə sahibkarların təklifləri qeydə alınıb, onların öyrənilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*