Yevlaxda minik maşını camışı vurub.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə az öncə Xaldan şossesində, Əkşəm kəndi yaxınlığında baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı maşın qəfil yoluna çıxan camışı vuraraq tələf edib.
Sürücü qəzadan yüngül xəsarətlə qurtulub.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az
