Şəhid anası yanğında həyatını itirdibackend

Şəhid anası yanğında həyatını itirdi  

Yevlaxda ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanıb.

KONKRET.az xəbər verir ki, yanğın hadisəsi Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiyev Məhəmmədəli Mayıl oğlunun anasının evində baş verib.

Hadisə nəticəsində şəhid anası 83 yaşlı Mikayılova Nərgiz Savalan qızı dünyasını dəyişib.

Şəhidin bacı və qardaşı 60 yaşlı Vahabova Yasəmən Mayıl qızı və 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu xəsarət alıblar.

***11:05

Yevlaxda yanğın hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.

Xəsarət alanlar Yevlax rayon mərkəzi xəstəxanasına (RMX) çatdırılıb.

Yevlax RMX-nın İctimaiyyətlə əlaqələr bölməsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 5-də saat 01:20 radələrində 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*