Yevlaxda yol qəzası olub, yaralananlar var.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xaldan şossesində, Hacıselli kəndinə gedən yolun üstündə baş verib.
Belə ki, “Mercedes” və “VAZ-21011” markalı maşınların toqquşması nəticəsində biri qadın olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Maşınlar yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov,
KONKRET.az
