Keniyanın Masai Mara qoruğuna səfər edən turist maraqlı video çəkib.
KONKRET.AZ “Ölkə.Az” – a istinadən xəbər verir ki, o, kərkəs sürüsünün ceyran balasına hücumuna şahid olub.
Turist çəkdiyi videoçarxı “Masai Sightings” “YouTube” kanalına yerləşdirib.
Görüntüdə yırtıcı quşların ceyran balasına hücumu, ana ceyranın uğursuz mübarizəsi əks olunub.
Lakin ananın müdafiəsinə baxmayaraq, o yırtıcılara qalib gələ bilmir. Sonda kərkəslər bala ceyranı parçalayırlar.
Video bu sözlərlə bitir:
“Savannada yırtıcı olmaq çətindir”.
