Yük maşınları ilə bağlı QIRMIZI XƏBƏRDARLIQbackend

Yük maşınları ilə bağlı QIRMIZI XƏBƏRDARLIQ

Yük avtomobillərinin iştirakı ilə baş verən qəzaların artması fonunda sürücülərə mühüm xəbərdarlıq edilib.

Bu barədə KONKRET.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün yük avtomobillərinin sürücüləri bir sıra təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.

Sürücülərdən müəyyən edilmiş sürət həddini aşmamaq, ara məsafəsini düzgün seçmək, ötmə və manevretmə qaydalarına riayət etmək tələb olunur.

Həmçinin yükün çəki və ölçü parametrlərinin normativlərə uyğunluğu, onun düzgün qablaşdırılması və etibarlı şəkildə bərkidilməsi təmin edilməlidir. Nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət olunması, iş və istirahət rejiminə əməl edilməsi, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi də vacibdir.

Bundan başqa, hərəkət zamanı mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə edilməməli, hava və yol şəraiti nəzərə alınmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə ciddi əməl etməyə, digər hərəkət iştirakçılarının təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*