Türkiyədə baş verən zəlzələdən sonra Hataya kömək üçün gələn Yunanıstan axtarış-xilasetmə qrupu 6 yaşlı qızı dağıntılar altından sağ çıxarıb. Bu zaman yaşananlar hər kəsi duyğulandırıb.
KONKRET.az xəbər verir ki, sevincdən uzun müddət bir-birini qucaqlayan yunan xilasedicilər göz yaşların saxlaya bilməyiblər.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra Yunanıstan 21 yanğınsöndürən, iki həkim, üç təcili tibbi yardım işçisi, iki axtarış-xilasetmə iti, bir axtarış-xilasetmə mütəxəssisindən ibarət bir yanğınsöndürən qrupu zərərçəkmiş əraziyə köməyə göndərib.