Yunanıstanın xarici işlər naziri Nikos Dendias sabah Ermənistana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Dendiasın Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyanla görüşləri nəzərdə tutulub.
İqbal Rzayev,
KONKRET.az
