Yuri Knutov: “Rusiyanın vəziyyəti çox pisdir”backend

Yuri Knutov: “Rusiyanın vəziyyəti çox pisdir”

“Vaqner”in komandanı Yevgeni Priqojinin zərbəsi Rusiyanın hərbi gücünü yayındıracaq. Demək olar ki, bütün silahlı qüvvələr vaqnerçilərin qarşısını alınmasına yönələcək. Bu isə Moskvanın Ukraynda fəal müdafiə imkanlarına təsir edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi ekspert Yuri Knutov bildirib.

“Silahlı üsyan Rusiya qüvvələrinin diqqətini yayındırır, çünki onların bəziləri indi Vaqner bölmələrinin qarşısını almağa və onların tərksilahı ilə məşğul olmağa məcburdur. Bu son dərəcə pis vəziyyətdir. Bu, Ukrayna Silahlı Qüvvələrinə qarşı aktiv döyüş və əks-hücumlarla bağlı imkanlara təsir göstərəcək. Priqojin Rusiyada iddia edilən qeyri-sabitlik və hökumətə qarşı çıxmaq üçün güclü kozıra malik Qərbə çox güclü pas verdi”, – deyən ekspertin fikrincə, Priqojinin uğurları başını döndərdi, lakin problemlər yaranarsa, o, Putinlə görüşüb bütün məsələləri həll etməli, silahlı üsyana rəvac verməməli idi.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*