Rusiya ordusunun zabitləri əsgərləri Xarkov istiqamətində irəliləməyə məcbur edir, imtina edənlər isə güllələnir.
KONKRET.az xəbər verir ki, bunu Xarkov vilayətində İzyum yaxınlığında döyüşən rus hərbi alayının komandirinin yazışmaları sübut edir.
“Mənimkilər də çox qorxdular. Hamısı gücdən düşüb. Onları nə mənəvi, nə də fiziki olaraq qaldıra bilmirəm. Hətta güllələyirəm. Yenə heç bir faydası yoxdur. Hamı bezib. İstəyirlər tez qurtarsın hər şey”, -deyə hərbçilər şikayət edirlər.
Xuraman Etibarlı,
KONKRET.az
