Zabratda ağaclar “yoxa çıxdı” – FOTObackend

Zabratda ağaclar “yoxa çıxdı” – FOTO

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi (Zabrat 1), yeni massiv, Mübariz İbrahimov küçəsində ağaclar kəsilib.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a orada yaşayan sakinlər məlumat veriblər.

Bildirilib ki, hadisə 2 gün öncə baş verib.

Ağacları Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının kəsdiyi ehtimal edilir. Amma sual yaranır ki, dövlət qurumu yaşıl, qurumayan ağacı nə üçün kəsməlidir?

Pravda.az faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*