Zabuxdakı 54 ailədən yalnız 7-si Qarabağda qalacaq – Çavuşyanbackend

Zabuxdakı 54 ailədən yalnız 7-si Qarabağda qalacaq - Çavuşyan

“54 ailədən yalnız 7-si Qarabağda qalacaq”.

KONKRET.az xəbər verir ki, bunu “Hraparak” qəzetinə Zabux icmasının rəhbəri Andranik Çavuşyan deyib. O bildirib ki, kənddə köçürmə ilə bağlı işlər gedir.

“Sakinlər hələ də kəndi tərk etməyiblər. Hazırda məktəb binasını boşaldırıq. Kənddə 200-dən çox sakin, 54 ailə yaşayır.

54 ailədən yalnız 7-si Qarabağda qalacaq, qalanları isə Ermənistana və müxtəlif yerlərə köçəcəklər.

Qarabağda qalmaq istəyən 7 ailə yəqin ki, ev tikmək məsələsi həll olunana qədər müvəqqəti olaraq hoteldə məskunlaşacaqlar.

Mən özüm Xankəndidə yaşayacağam”, – Çavuşyan deyib.

Müxbirin “Xanumyan sizi hədələyib ki, evləri yandırsanız, sizə təzminat verilməyəcək, belə söhbət olubmu?” sualına icma rəhbəri bu cür cavab verib:

“Xanumyan evləri yandırmamağa çağırıb, amma kompensasiyadan söhbət getməyib. Dəqiq xatırlamıram, amma dediklərinə görə yəqin ki, belə olub”.

Daha sonra müxbir azərbaycanlıların ermənilərin evlərində yaşayacaqlarına inanmadığını deyib.

“Bəli, onlar heç vaxt ermənilərin evində yaşamayacaqlar. İndi Şuşada azərbaycanlı yoxdur, dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, onlar ermənilərin evində yaşamayacaqlar. Biz həmişə qurmuşuq, yaratmışıq, yıxmağı sevdiyimizi demək olmaz, sadəcə, bizi şərait məcbur edir. Burada problem binanın qiymətində deyil. Artıq insanlar hazırlaşır, əşyalarını yığırlar. Biz hər şeyi qaydasında edirik”, – deyə Çavuşyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*