Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinin icrasına başlayıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə cümə axşamı, iyulun 11-də “Telegram”da məlumat verib.
“Mən Ukraynaya xidmət etməyə davam edirəm”, – deyə Zalujnı qeyd edib.
O, əmin edib ki, öz fəaliyyətinin, eləcə də səfirliyin fəaliyyətinin prioriteti Ukraynanın qələbəsi olaraq qalır.
Zalujnı artıq etimadnaməsinin surətlərini Kral Sarayında akkreditə olunmuş diplomatik korpusun vitse-marşalı, Xarici İşlər Nazirliyinin protokol şöbəsinin rəhbəri Viktoriya Basbiyə təqdim edib.
Burhan,
KONKRET.az