Zaqatalada məktəbə başlayan yanğın söndürüldü – YENİLƏNİB- VİDEObackend

Zaqatalada məktəbdə başlayan yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Zaqatalada məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçmədən qısa müddətdə söndürülüb”, – deyə bildirilib.

***

21:45

Zaqatalada məktəbdə yanğın baş verib.

KONKRET.az xəbər verir ki, yanğın rayonun Əliabad qəsəbə 4 saylı tam orta məktəbində qeydə alınıb.

Yanğının söndürülməsi üşün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*