Zatulin Ermənistana ARXA ÇEVİRDİ: “Müttəfiqlər özlərini belə aparmır”backend

Zatulin Ermənistana ARXA ÇEVİRDİ: “Müttəfiqlər özlərini belə aparmır”

“Qalmaqallı epizoddur, müttəfiqlər özlərini belə aparmırlar”.

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin Roma Statutunun Ermənistan tərəfindən tanınmasına münasibət bildirib.

O bildirib ki, Ermənistanın BCM-nin Roma Əsasnaməsinə qoşulması Rusiya ilə münasibətlərin kəsilməsi deməkdir.

“Bu, qalmaqallı epizoddur. Müttəfiqlər özlərini belə aparmırlar. Eyni zamanda, erməni hakimiyyəti bunu guya Azərbaycanla mübarizə aparmaq üçün zəruri hesab edir. Amma əslində, gördüyümüz kimi, bu, yeni dostlara, yəni Şarl Mişelə və digərlərinə Paşinyanın sədaqət nümayiş etdirməsidir”, – Zatulin deyib.

Aydındır ki, Zatulin özbaşına belə bəyanatlar vermir. Moskva qatı ermənipərəst deputatın vasitəsilə Paşinyana növbəti siqnal verir.

TASS Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən çox sərt və aydın reaksiya dərc edib. Görünən odur ki, bu “Roma Statutu” şousu Paşinyana baha başa gələcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*