Aparıcı Zaur Kamalın verilişinin yayımı dayandırılıb.
KONKRET.az xəbər verir ki, həftə içi hər axşam “ARB” kanalında ekranlara gələn “Həmin Zaur” proqramı yayımlanmır.
ARB telekanalının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli qaynarinfo-ya açıqlamasında bildirib ki, proqram yay tətilinə çıxıb və yeni mövsümdən yayımını davam etdirəcək.
Qeyd edək ki, uzun müddətdir ekranlara gələn “Həmin Zaur” verilişi musiqili əyləncəli proqramdır.