Zaxarova Kallası məşhur qurbağaya bənzətdibackend

Zaxarova Kallası məşhur qurbağaya bənzətdi

Rusiya xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin ali komissarı Kaya Kallası növbəti dəfə aşağılayan fikirlər səsləndirib.

KONKRET.az bakupost.az-a istinadla xəbər verir ki, Zaxarova Kallası öz mandatından kənar fikirlər səsləndirməkdə ittiham edib.

Zaxarovanın sözlərinə görə, AB-də getdikcə daha çox insan “Kaja Kallas kimdir və kimin adından danışır” sualını verir.

“Bu, artıq “Mappet Şousu” kimi səslənməyə başlayır… Uşaqlar böyüyür, onlar başa düşməyə başlayırlar ki, söhbət şən Kermit Qurbağadan yox, bu obrazı yaradan aktyordan gedir”, – deyə diplomat bildirib.

Qeyd edək ki, Kallas Rusiya ilə dialoqda özünün AB-nin danışıqlar aparan nümayəndəsi ola biləcəyini söyləyib. Daha əvvəl isə o, Rusiyanın “yüz ildən çoxdur ki, qonşularına hücum etdiyini” deyib.

Xatırladaq ki, bu, Zaxarovanın Kallasla bağlı ilk belə atmacası deyil. Bundan əvvəl Zaxarova AB rəsmisini donuz cingiltisi çempionatında iştirak etməyə dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*