Zaxarova: “Məndə belə bir məlumat yoxdur”backend

Zaxarova: “Məndə belə bir məlumat yoxdur”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynada atəşkəslə bağlı müzakirələrdən xəbərsiz olduğunu deyib.

KONKRET.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, Zaxarova bildirib ki, sözügedən mövzuda Moskva və Vaşinqton arasında hər hansı danışıqların planlaşdırıldığından xəbərsizdir:

“Məndə belə bir məlumat yoxdur. Bu məsələ ilə bağlı heç bir informasiyaya malik deyiləm”.

Zaxarova həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirməsinə icazə verdikdən bir neçə saat sonra Ukrayna qoşunları Belqorodun yaşayış məntəqələrinə HİMARS reaktiv yaylım atəşi sistemləri ilə hücum edib.

Orxan HƏSƏNLİ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*