Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna lideri Vladimir Zelenskinin əlindəki “qanlı kozır”dan danışıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova rəsmi Kiyevin insanların arxasında gizlənərək “Azovstal” ətrafındakı vəziyyəti öz məqsədləri üçün manipulyasiya etmək istədiyini deyib:
“Volodimir Zelenski hesab edir ki, qolu üzərində müəyyən bir kozır olmalıdır. Bu, dəhşətli və qanlı kozırdır. Lakin Ukrayna rəhbərinin fikrincə bu, elə bir kartdır ki, sonsuzadək oynamaq olar” – Zaxarova vurğulayıb.
Hazırda Mariupolun demək olar ki, bütün ərazisi DXR Xalq Milisləri və Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ukrayna millətçiləri və Silahlı Qüvvələri “Azovstal” zavodunun sənaye zonasında gizlənir.
Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin “Putinin ABŞ-da benzinin qiymətini artırması” ilə bağlı ittihamlarına sərt cavab vermişdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az
