Zəhərlənən tələbə qızların hamısı evə buraxıldıbackend

Zəhərlənən tələbə qızların hamısı evə buraxıldı

Bakıda kirayə qaldıqları evdə zəhərlənən tələbə qızlardan sonuncusu da xəstəxanadan evə buraxılıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən bildiriblər.

Qeyd olunub ki, 6 nəfər nəfər zəhərlənən qızlardan sonuncusu 2002-ci il təvəllüdlü Süleymanlı Ləman Əfqan qızı da ambulator müalicəyə yola salınıb. Vəziyyəti digərlərindən daha ciddi olan qız sistem altında müalicə alırdı.

Xatırladaq ki, Bakıda daha 6 tələbə qız dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*