Zelenski cəbhə xəttinə getdi – FOTO – YENİLƏNİBbackend

Zelenski cəbhə xəttinə getdi – FOTO - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə səfəri zamanı Ukrayna qoşunlarının qabaqcıl mövqelərinə baş çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

“Bizim cəsur oğlanlarımızın hər biri dövləti qorumaq üçün əllərindən gələni edir. Onların gözündə Ukraynaya inam var. Biz mütləq ayağa qalxacağıq! Və mütləq qalib gələcəyik!” – Ukrayna dövlət başçısının Telegram kanalında deyilir.

Zelenski ukraynalı müdafiəçilərə dövlət mükafatlarını təqdim edib və onlara xidmətlərinə görə təşəkkür edib. O, hərbçilərin valideynlərinə ayrı-ayrılıqda minnətdarlıq edib.

16:16

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın cənubundakı Nikolayev vilayətinə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Prezidentin saytında yerləşdirilib.

Mənbə yazır ki, Zelenski raket hücumları nəticəsində zədələnmiş Nikolayev administrasiyasının binasına baxış keçirib, həmçinin yerli xəstəxanaya baxıb.
Ukrayna Prezidenti işgüzar səfəri zamanı regiondakı mövcud vəziyyətlə bağlı müşavirə keçirib.

Bundan əlavə, Zelenski Nikolayev vilayət hərbi administrasiyasının sədri Vitali Kimə III dərəcəli Boqdan Xmelnitski ordenini, Nikolayevin meri Aleksandr Senkeviçə III dərəcəli “İgidliyə görə” ordenini təqdim edib.
Rusiya hərbçilərinin son günlərdə Nikolayev vilayətində yaşayış binalarına endirdiyi zərbədə 5 nəfər yaralanıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*