Zelenski görüntüləri yaydı: Qara dənizdə “Yanina” gəmisinin vurulma anı – VİDEO backend

Zelenski görüntüləri yaydı: Qara dənizdə “Yanina” gəmisinin vurulma anı - VİDEO 

Qara dənizdə yerləşən “Yanina” konteyner gəmisinə endirilən zərbənin videogörüntülərini yayımlayıb.

KONKRET.az-ın xəbərinə görə,
Zelenski bildirib ki, Ukrayna yalnız müharibənin aparılmasını təmin edən obyektləri hədəf alır.

“Bizim hədəflərimiz müharibənin aparılmasını təmin edən, diqqətlə seçilmiş obyektlərdir. Ədalətli təzyiqimizi davam etdiririk. Uzaqmənzilli zərbələr planı addım-addım həyata keçirilir”, – deyə o qeyd edib.

Ukrayna lideri, həmçinin Rusiyanın Başqırdıstan bölgəsində yerləşən üç neft emalı zavodunun (NEZ) infrastrukturuna da zərbələr endirildiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Rusiyanın FESCO şirkətinə məxsus, Rosatom korporasiyasının strukturuna daxil olan “Yanina” ticarət gəmisinin Ukrayna Silahlı Qüvvələrinin dəniz dronlarının hücumu nəticəsində Qara dənizdə batdığı barədə məlumat yayılmışdı. Rusiya tərəfi bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*