Zelenski iki azərbaycanlı hərbçini təltif edib.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin iki azərbaycanlı hərbçisinə – Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Əbdülqafarova “İgidliyə görə” medalı təqdim edib.
Hər iki azərbaycanlı Ukraynadakı hərbi əməliyyatlarda iştirak edir.

Xuraman Etibarlı,
KONKRET.az
