Prezidentin ofisi təhlükəsizlik qüvvələrinə Kliçko və onun ətrafının evində axtarışa başlamaq əmri verib.
KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı siyasi ekspert Svetlana Kuşnir məlumat verib. O yazır ki, prezidentin ofisi təhlükəsizlik qüvvələrinə Kliçko və onun ətrafının evində axtarışlara başlamaq əmri verib.
Gələn bazar ertəsindən etibarən Kiyevin meri Vitali Kliçkoya təhlükəsizlik qüvvələrinin baş çəkməsi planlaşdırılır.
Rusiya mətbuatının yazdığına görə, “Kliçkonun Aİ və ABŞ ilə əlaqələri, eləcə də Kiyevdəki nüfuzu ilə Prezident Aparatını qıcıqlandırır. Son hərəkət o oldu ki, Kliçko 30-dan çox bələdiyyə başçısını ayağa qaldırıb və Çerniqov meri Atroşenkonu dəstəkləmək üçün onları Lvov məhkəməsinə verib”.
Ona görə də Prezident Aparatında keçirilən görüşdə Kliçkoya qarşılıq vermək qərarına gəliblər.
Siyasi ekspert Svetlana Kuşnirin verdiyi məlumata görə, Kliçkonun, eləcə də onun ətrafındakıların evlərində axtarışların aparılması tapşırığı verilib.
Xuraman Etibarlı,
KONKRET.az
