Ukrayna prezidenti Volodimir Zelenski mümkün ölümlə bağlı xəbərdarlıq edildiyini bildirib. Xarici liderlər onu ölkəni tərk etməyə təşviq ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı Niderlandın “NOS” nəşrinə müsahibəsinə danışıb.
Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra bir sıra söhbətlər aparıb. Bəzi siyasətçilər Ukraynanın tezliklə ələ keçirilməsindən danışıblar.
“Mən Aİ daxilində və xaricində bir çox ölkədən eşitmişəm ki, Putin üç gün ərzində Ukraynanı işğal edəcək. Bir çox telefon zənglərində mənə dedilər ki, üç günə öləcəyəm”, – Zelenski bildirib.
Prezident həmçinin qeyd edib ki, ona və ailəsinə öz təhlükəsizlikləri üçün Ukraynanı tərk etmək təklif olunub.
“Tez-tez eşidirdim: Kiyevi ailənizlə birlikdə tərk edin. Siz güclü insansınız, amma yeriniz Ukrayna deyil. Mən hər cür şey eşitmişəm, amma faktlara inanıram. Fakt budur ki, biz burada, Kiyevdəyik”, o əlavə edib.
Roman Göytürk,
KONKRET.az
