Zelenski 127-ci qoşun briqadasının Xarkov 227-ci batalyonuna təşəkkür edib.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətindən rus əsgərlərini qovmuş 127 qoşun briqadasının əsgərlərinə ayrıca videomüraciət hazırlayıb.
“Uşaqlar. Xarkov. 227-ci batalyon. Minnətdarlığım hədsizdir. Hamınıza cansağlığı arzulayıram. Eşq olsun Ukraynaya!”, – Zelenski təşəkkürünü bildirib.
Xatırladaq ki, dünən, mayın 15-də 127-ci qoşun briqadasının Xarkov 227-ci batalyonu Xarkov vilayətində Rusiya Federasiyası ilə sərhədə çatıb və sərhəddən Ukrayna Prezidentinə raport veriblər.
Xuraman Etibarlı,
KONKRET.az
