Səfərbər edilmiş ruslar o qədər zəif təlim keçib ki, Rusiyanın tezliklə yeni səfərbərlik dalğasına ehtiyacı ola bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Cəbhə xəttində özümüzü çox fərqli hiss edirik. Rusiya səfərbər olunanlardan istifadə edərək bizim mövqelərimizə təzyiqi artırmağa çalışır. Amma onlar zəif təlim keçib və təchiz ediliblər. Komandanlıq tərəfindən o qədər kobud şəkildə idarə olunurlar ki, bu, Rusiyanın tezliklə insanları müharibəyə göndərmək üçün yeni dalğaya ehtiyac ola biləcəyini deməyə əsas verir” – deyə Zelenski bildirib.
Ukrayna lideri deyib ki, ölkəsi hər gün kritik infrastrukturu və ilk növbədə enerjinin mühafizəsini gücləndirir.
“Biz Rusiya rəhbərliyinin müharibəni davam etdirmək üçün hər hansı yeni imkanlar axtaracağına hazırlaşırıq. O cümlədən əlaltılarının sayəsində – Məsələn, İranın…Buna görə də biz hava hücumundan müdafiə və digər müdafiə imkanlarımızı gücləndirmək üçün hər gün tərəfdaşlarla işləyirik” – Prezident əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
