Zelenski Trampla görüşdən sonra ŞOK detalları açıqladıbackend

Zelenski Trampla görüşdən sonra ŞOK detalları açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla Ağ Evin Oval kabinetində keçirilən görüşün təfərrüatlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna lideri “Telegram” kanalında bildirib ki, bu, ukraynalıların həyatını qorumaq və sülhə nail olmaq üçün birgə görülən işlər baxımından çox yaxşı görüş olub. O, əvvəlcə ABŞ Prezidentinə senator Lindsi Qremin vəfatı ilə əlaqədar başsağlığı verib və onun Ukraynanın əsl dostu olduğunu vurğulayıb.

Görüş zamanı “Patriot” kompleksləri üçün qırıcı-interseptorların istehsalı üzrə lisenziyalar və vəziyyətə kömək edə biləcək digər ideyalar nəzərdən keçirilib, eləcə də diplomatik prosesin fəallaşdırılmasının vacibliyi qeyd olunub və komandaların gələcək qarşılıqlı fəaliyyətin təfərrüatlarını razılaşdıracağı bildirilib. Sonda Volodimir Zelenski göstərilən dəyişməz dəstəyə görə Birləşmiş Ştatlara minnətdarlığını ifadə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*