Zelenski: “Yalnız Putinlə danışıqların mənası var”backend

Zelenski: “Yalnız Putinlə danışıqların mənası var”

Rusiya Federasiyasında yekun qərarları Putin verir, ona görə də yalnız onunla danışıqlar məna kəsb edir.

KONKRET.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu fikirləri prezident Volodimir Zelenski Niderlandın “Nieuwsuur” telekanalına müsahibəsində səsləndirib.

“O, heç kimin qərar qəbul edə bilməyəcəyi bir dövlət qurdu. Onların xarici işlər nazirinin nə deməsi önəmli deyil. Bizimlə söhbət etmək üçün görüşə nümayəndə heyəti göndərsə də, fərqi yoxdur. Təəssüf ki, bütün bu insanlar heç kimdir”, – Zelenski deyib.

O, qeyd edib ki, hakimiyyət Rusiyanın hücum edəcəyini bilirdi, lakin iqtisadiyyatı sarsıtmamaq üçün bu barədə əhaliyə məlumat verilmirdi.

“Birləşmiş Ştatlar işğaldan bir il əvvəl həyəcan təbili çalmağı, xəndəklər qazmağı və insanları ölkədən çıxarmağı təklif etdi. Mən bununla razılaşmadım, çünki lazımsız panika yaratmağa dəyməzdi. Bu, bizim maliyyə vəziyyətimizə, büdcəmizə və iqtisadiyyatımıza təsir edəcəkdi. İndi bunu çox yaxşı başa düşürük. Yalnız işğal başlayanda bu addımları atdıq. Hazırda büdcədə ən azı 5 milyard dollar çatışmır. Bu kəsir mart ayında yaranıb”, deyə o yekunlaşdırıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*