Zelenskidən Niderlandın Baş nazirinə: “Avropa Birliyində yerimiz yoxdursa, bunu birbaşa deyin”backend

Zelenskidən Niderlandın Baş nazirinə: “Avropa Birliyində yerimiz yoxdursa, bunu birbaşa deyin”

Niderland Ukraynanın Avropa Birliyinə üzv ola biləcəyinə şübhə edir. Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, baş nazir Mark Rutte bu suala daha aydın cavab verməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski Niderlandın NOS nəşrinə müsahibəsinə danışıb.

Ukrayna lideri Rutte ilə telefon danışığı zamanı onu Ukraynanın ən qısa zamanda Birliyə qoşula biləcəyi ilə bağlı daha aydın cavab verməyə çağırıb.

“Əgər AB-də bizə yer olmadığını düşünürsənsə, bunu birbaşa deməlisən. Siz bizə həqiqətən kömək edirsiniz və buna görə sizə çox minnətdaram. Amma söhbət AB-dən gedəndə siz bizim eşitmək istədiyimiz hər şey haqqında susdunuz”, – deyə Zelenski baş nazirlə söhbətini şərh edib.

Xatırladaq ki, Ruttenin fikrincə, Ukraynanın yaxın gələcəkdə Aİ üzvlüyünə namizəd olacağı ehtimalı yoxdur. Çox güman ki, Birlik onu yalnız “potensial namizəd” adlandırmaqla kifayətlənəcək.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*